İtaliya

Lukaku “Napoli”yə bu tarixdə qayıdacaq: Onu hansı cəza gözləyir?

“Napoli”nin hücumçusu Romelu Lukaku A Seriyasının 32-ci turunda “Parma” ilə keçiriləcək 12 aprel tarixli oyundan sonra İtaliya klubunun düşərgəsinə qayıdacaq.

Aut.az xəbər verir ki, bu barədə “Sky Italia” məlumat yayıb.

Belçikalı futbolçu yaxın zamanda milli komandanın düşərgəsini tərk edərək “Napoli” rəhbərliyinin icazəsi olmadan vətənində fərdi məşqlər edib.

Klub artıq hücumçuya qarşı sanksiyalar hazırlayır. Lukakuya cərimə və əsas komandadan kənarlaşdırılma təhlükəsi var.

Cari mövsümdə 32 yaşlı forvard bütün turnirlərdə 7 oyunda iştirak edib və 1 qol vurub. Onun Neapol təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.

Aut.az