“Yuventus” Ermənistanda akademiya açır
“Yuventus” Ermənistanda öz akademiyalarını qurmaq niyyətindədir.
Aut.az “Armenpress”ə istinadən xəbər verir ki, “Yuventus” akademiyalarının təqdimat mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edib. Tədbirdə Turin klubunun sabiq futbolçusu, FİFA səfiri David Trezege və “Yuventus” Beynəlxalq Akademiyalarının koordinatoru Davide Fornakka da iştirak edib.
Təqdimat zamanı gələcək akademiyalar üçün yüksək beynəlxalq infrastruktur standartlarına cavab verən layihələr və UEFA standartlarının ikinci kateqoriyasına cavab verən yeni stadion təqdim olunub.
Qeyd olunur ki, “Next Gen Sports” akademiyaların tikintisinə sərmayə qoyacaq. İnvestisiya proqramı Ermənistan hökuməti tərəfindən 2024-cü ilin avqustunda təsdiqlənib.
Aut.az
