İtaliya

Dibalanın gələcəyi: Ranyeri cavab verdi

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri argentinalı hücumçu Paulo Dibalanın İtaliya klubundakı gələcəyindən danışıb.

Aut.az xəbər verir ki, “Sky Sport Italia” Ranyerinin sözlərini sitat gətirib.

“Onun qalmaq istədiyini bilirəm. Biz heç bir təklif almamışıq”, – deyə  Ranyeri deyib.

Daha əvvəl mətbuatda futbolçunun Türkiyə “Qalatasaray”ına transferi ilə bağlı söz-söhbətlər yayılmışdı.

Argentinalı hücumçu 2022-ci ilin yayında azad agent kimi “Roma”ya keçib. Romalılar üçün 31 yaşlı futbolçu bütün turnirlərdə 96 oyun keçirib, 38 qol vurub və 20 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

Aut.az