Londonda stansiyanın adı Bellinqemin şərəfinə dəyişdirildi – FOTO
Londonun cənub-şərqindəki Bellinqem stansiyası müvəqqəti olaraq “Cud Bellinqem” adlandırılıb.
Aut.az xəbər verir ki, “Thameslink” bu təşəbbüsü 5 iyulda Dünya Kubokunun 1/8 final mərhələsinin Meksika ilə oyunundan əvvəl dəstək jesti olaraq irəli sürüb.
Yeni lövhələr əvvəlcə yalnız 24 saat ərzində qalmalı idi. Lakin İngiltərənin 3-2 hesablı dramatik qələbəsindən və Bellinqemin iki qol vurub matçın qəhrəmanı olmasından sonra şirkət rəhbərliyi fikrini dəyişib.
İndi yarımmüdafiəçinin adı yazılmış lövhələr həftənin sonuna qədər – Norveçlə 1/4 final oyununda komandanı dəstəkləmək üçün qalacaq.

Aut.az
