“Araz-Naxçıvan”da yeni müqavilə
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.
Aut.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi daha iki il “qırmızı-ağlar”ın formasını geyinəcək.
O, 2023-cü ildən komandada çıxış edir.
“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
