İran bu paylaşımla ABŞ-ı ələ saldı – FOTO
İran Futbol Federasiyası ABŞ millisinin 2026-cı il dünya çempionatından kənarlaşdırılmasına reaksiya verib.
Amerikalılar 1/8 finalda Belçikaya (1-4) məğlub olublar. Qrup mərhələsində mübarizəni dayandıran İran daha əvvəl belçikalılarla heç-heçə etmişdi – 0:0.
Aut.az xəbər verir ki, federasiya bu iki matçın nəticələrinin ekran görüntüsü federasiyanın saytında yerləşdirilib və başlığı belədir: “Bütün dünya futbolun siyasətin alçaldıcı məğlubiyyətindən sonra sevinir”.
Xatırladaq ki, iranlıların mübarizədən kənarlaşdırılmasından sonra ABŞ-ın Daxili Təhlükəsizlik Katibi Markveyn Mallin demişdi: “İranın 2026-cı il Dünya Kubokundan kənarda qalmasına şadam. Onların vizalarını ləğv edəndə çox sevindim. Bir neçə mahnı oxudum və bəlkə də sevincdən bir az rəqs etdim”.
İran millisi turnirdə məhdudiyyətlərlə üzləşib. Komanda Meksikada yerləşirdi və yalnız oyunlar üçün ABŞ-a səfər edirdi, hər oyundan dərhal sonra bazalarına geri göndərilirdi.

Aut.az
