Dünya futboluİtaliya

“Milan” onun transferini həll etdi – ABŞ-da tibbi müayinədən keçdi

“Milan” PSJ-nin hücumçusu Qonsalo Ramosun transferini yekunlaşdırmağa yaxındır

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şira məlumat verib.

Transfer haqqı bonuslar da daxil olmaqla 70 milyon avrodur. Tərəflər indi yalnız detalları dəqiqləşdirməlidirlər.

Hücumçunun müqaviləsi 2031-ci ilə qədərdir və onun illik maaşı 5 milyon avro olacaq. Portuqaliyalı futbolçu artıq ABŞ-da tibbi müayinədən keçib.

Ramos 2024-cü ildən PSJ -də oynayır. Hücumçu ümumilikdə parislilər üçün 131 oyun keçirib, 45 qol vurub və 10 məhsuldar ötürmə edib.

Aut.az