“Bayern”də mövsümün oyunçusu o oldu
“Bayern Münhen”in cinah oyunçusu Maykl Olise 2025/26 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Aut.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
24 yaşlı fransız futbolçu səslərin 51,4%-ni toplayıb və komanda yoldaşları Harri Keyn (32%) və Luis Diası (4%) qabaqlayıb. Olise, həmçinin əvvəlki mövsümdə də “Bayern”in ən yaxşı oyunçusu seçilmişdi.
Ötən mövsüm Olise “Bayern”də 52 oyun keçirib , 22 qol vurub və 31 məhsuldar ötürmə edib.
Aut.az
