Paraqvay DÇ-ni antirekordla tərk etdi
Fransa ilə matçda Paraqvayın ötürməni tamamlama nisbəti 54% olub ki, bu da rekord səviyyədə aşağı göstəricidir.
Paraqvay millisi 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsində Fransa ilə oyunu (0:1) aşağı ötürmə dəqiqliyi ilə başa vurub.
Aut.az xəbər verir ki, “Opta”nın məlumatına görə, paraqvaylıların ötürmələrinin yalnız 54%-i dəqiq olub (183-dən 99-u).
Bu, statistika toplandığı vaxtdan (1966-cı ildən bəri) bəri bir komandanın Dünya Kuboku matçında ən pis nəticədir.
Aut.az
