Dünya cempionatı

Bakıdakı dünya çempionatında daha bir oyun keçirilib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma baş tutub.

Aut.az xəbər verir ki, E qrupunun oyununda Tailand yığması Monteneqro ilə heç-heçəyə razılaşıb. Milli Gimnastika Arenasında keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.

Bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta Rikanı (1:0) məğlub edib.