İtaliya

2 oyunda 1 qol vurdu, ən yaxşı seçildi

“Yuventus”un mərkəz yarımmüdafiəçisi Kefren Tyuram A Seriyasında may ayının ən yaxşı futbolçusu seçilib.

Aut.az xəbər verir ki, bu barədə İtaliya çempionatının mətbuat xidməti məlumat yayıb.

Ayın ən yaxşı futbolçusu 23–25 may tarixlərində keçiriləcək son – 38-ci turun qarşılaşmalarından əvvəl müəyyən edilib. Tyuram “Milan”dan Santyaqo Ximenes, “Roma”dan Manu Kone, “Atalanta”dan Ademola Lukman, “Napoli”dən Skott Maktomini və “Bolonya”dan Rikkardo Orsolinini qabaqlayıb.

May ayında Kefren Tyuram “Yuventus”un heyətində A Seriyasında 2 matçda iştirak edib və “Bolonya”ya qarşı oyunda bir qol vurub. O, 37-ci turda “Udineze” ilə oyunu sarı vərəqə limiti səbəbindən buraxıb. 24 yaşlı fransalı futbolçunun cari mövsümdə A Seriyasında 34 oyuna 4 qolu və 6 məhsuldar ötürməsi var.

Aut.az