Dünya cempionatı

İki futbolçu ayırıb ki, Mbappeni qorusunlar

Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Paraqvayla oyunun (1:0) sonunda futbolçularına Kilian Mbappeni qorumağı tapşırıb.

Aut.az xəbər verir ki, Deşam bu barədə oyundan sonra bildirib:

“Sonda fiziki cəhətdən iki ən böyük oyunçumuzdan Kilianın yanında qalmalarını istədim. Paraqvaylılar onu zədələmək istəyirdilər. Paraqvayın ehtiyat oyunçular skamyasından daim təhqirlər gəlirdi. Belə olmamalı idi”.

Aut.az