Ançelotti açıqladı: Premyer Liqanın ulduzunu niyə DÇ-2026-ya aparmayıb?
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Çelsi”nin hücumçusu Joao Pedronu və digər namizədləri niyə 2026-cı il dünya çempionatının heyətinə niyə daxil etmədiyini açıqlayıb.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Avropa futbolunun daha intensiv olduğunu deyirlər, amma burada – Braziliyada oynamaq da çox çətindir. Sıx qrafik, uzun səfərlər, isti hava var və bunları müqayisə etmək asan deyil. Bundan əlavə, futbolçuların fərdi xüsusiyyətləri də nəzərə alınır. Joao Pedroya görə üzülürük. Avropada keçirdiyi mövsümü nəzərə alsaq, o, yəqin ki, buna layiq idi. Amma təəssüf ki, bütün məsuliyyəti və hörməti üzərimizə götürərək başqa futbolçuları seçdik. Joao Pedroya və heyətə düşməyən digər oyunçulara görə çox təəssüflənirik”.
24 yaşlı Joao Pedro cari mövsümdə “Çelsi”nin heyətində İngiltərə Premyer Liqasında 34 oyuna çıxıb, 15 qol vurub və 8 məhsuldar ötürmə edib.
Aut.az
