Üstün oyun zəkası – Əfsanəvi alman İspaniya haqda
Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Bastian Şvaynştayger 2026-cı il Dünya Kubokunun 1/16 final mərhələsində İspaniya və Avstriya arasında keçirilən oyun (3-0) barədə fikirlərini bildirib.
İspaniya müdafiəçi Pedro Porronun qolu və hücumçu Mikel Oyarsabalın dublu sayəsində turnirin növbəti mərhələsinə yüksəlib.
Aut.az xəbər verir ki, Şvaynştayger “X” sosial media hesabında yazıb:
“İspaniya daha yaxşı görünürdü: texniki cəhətdən güclü, topla özünəinamlı və üstün oyun zəkasına malik idi. Onların ötürmə oyunu rəqiblərin topa çatmasını olduqca çətinləşdirir. Avstriya isə, uduzmasına baxmayaraq, turnirdəki çıxışından məmnun ola bilər”.
Aut.az
