Dünya cempionatı

“Barselona”nın futbolçusu Ronaldonun formasını almaq istəyir: Növbə çox uzun olacaq

İspaniya millisinin və “Barselona”nın müdafiəçisi Pau Kubarsi maraqlı etiraf edib.

Aut.az xəbər verir ki, o, ən böyük arzularından biri Kriştianu Ronaldoya qarşı oynamaq olduğunu bildirib:

“Kriştiano Ronaldo kimi əfsanəyə qarşı oynamaq unudulmaz olardı. Ondan formasını istərdim, amma düşünürəm ki, bunun üçün növbə çox uzun olacaq”.

İspaniya və Portuqaliya milliləri DÇ-2026-nın 1/8 final mərhələsində iyulun 6-da üz-üzə gələcəklər.

Aut.az