Dünya cempionatı

O matçda olsaydım 4-5 “qırmızı” alardım – İbra hansı oyunu deyir?

İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç Fransanın 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsində Paraqvay üzərində 1:0 hesablı qələbəsini şərh edib.

Aut.az xəbər verir ki, İbrahimoviç “Fox Sports”a verdiyi müsahibədə deyib:

“”Əgər həmin matçda oynasaydım, yəqin ki, dörd və ya beş qırmızı vərəqə alardım. Rəqibimin məni əsəbiləşdirməyə çalışmasını xoşlamıram.

Lakin Fransa sakitliyini qorudu: oyunçular sakit, rahat qaldılar və təxribatlara gülümsəyərək cavab verdilər. Və reaksiya verməyin ən yaxşı yolu budur – gülümsəmək və təslim olmamaq”.

Fransa komandası turnirin 1/4 finalında Mərakeşlə qarşılaşacaq.

Aut.az