“Barselona”nın “B” planı: Alvaresi ala bilməsə…
“Barselona” Antoni Qordonu transfer etməsinə baxmayaraq, “Milan”ın hücumçusu Rafael Leao ilə maraqlanır.
Aut.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Barsa” cinah oyunçusu üçün təxminən 60 milyon avro ödəməyə hazır deyil, lakin onu ötən mövsüm “Mançester Yunayted”dən icarəyə götürdüyü Markus Reşfordla bağlı oxşar şərtlərlə transfer etməyi düşünə bilər.
Mənbənin məlumatına görə, “Barselona” Leaonu “Milan”dan almaq hüququ ilə icarəyə götürə bilər. Vurğulanır ki, əgər Kataloniya klubu “Atletiko Madrid”in hücumçusu Julian Alvaresi transfer edə bilməsə, Leaonun transfer şansı artacaq.
Aut.az
