Superkompüter açıqladı: Bu komandanın DÇ-2026-nı qazanmaq şansı artıb
“Opta” superkompüteri 2026-cı il вünya бempionatının əsas favoriti kimi hələ də Fransa millisini göstərir.
Aut.az xəbər verir ki, 1/8 final mərhələsi ərəfəsində aparılan hesablamalara əsasən, Fransa millisinin dünya çempionu olmaq ehtimalı 28,89 faiz təşkil edir. Qrup mərhələsi başa çatdıqdan sonra bu göstərici 18,66 faiz idi.
Reytinqdə ikinci yeri Argentina (16,32 faiz), üçüncü pilləni isə İspaniya (12,96 faiz) tutur. 1/16 final mərhələsindən sonra Argentinanın çempionluq ehtimalı cüzi artıb (əvvəl 16,26 faiz), İspaniyanın göstəricisi isə 13,47 faizdən 12,96 faizə enib.
“Opta”nın hesablamalarına görə, ilk onluqda yer alan digər əsas namizədlər Braziliya (9,11%), İngiltərə (8,14%), Portuqaliya (5%), Kolumbiya (3,38%), Mərakeş (3,21%), Norveç (2,86%) və Meksikadır (2,68%).
2026-cı il dünya çempionatının 1/8 final mərhələsi iyulun 4-də start götürəcək.
Aut.az
