Belə şey görməmişdiniz: Birlikdə dua etdilər – FOTO
DÇ-2026-nın ikinci turunda Ekvador və Kurasao arasındakı oyun heç-heçə yekunlaşdı.
Aut.az xəbər verir ki, belə nəticə heç birini qane etmirdi. İndi hər iki komandanın Dünya Kubokunda yola davam etmək üçün son turda qələbəyə ehtiyacı var.
Qrupdan çıxmaq üçün bir və ya iki xalın kifayət etməsi ehtimalı azdır. Ekvador Almaniya, Kurasao isə Kot-d’İvuar ilə qarşılaşacaq.
Futbolçuların oyundan sonrakı davranışı da gündəm olub. Ekvadorlular xüsusilə məyus olmalı idilər. Amma yox, hər iki komandanın bir neçə oyunçusu matçdan sonra birlikdə dua ediblər.


Aut.az
