Dünya cempionatı

Film kimi hadisə: Hakimə hücum etdilər, xüsusi təyinatlılar atəş açmalı oldu – VİDEO

Paraqvayda dördüncü divizionu çərçivəsində keçirilən Quarambara şəhər çempionatında “25 sentyabr” və “28 sentyabr” komandaları arasında keçirilən oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatdıqdan qalmaqal yaşanıb.

Aut.az xəbər verir ki, final fitindən sonra uduzan komandanın futbolçuları və azarkeşləri matçın baş hakiminə hücuma keçiblər. Yerli KİV-in məlumatına görə, qarşıdurma vaxtında gələn çevik qüvvələr tərəfindən dayandırılıb. Qəzəbli kütlə odlu silahlardan atəşə tutularaq dağıdılıb.

Qeyd olunur ki, xüsusi təyinatlıların odlu silahdan istifadə etməsindən sonra iki azarkeş orta dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Matçın hakimi isə xəsarət almayıb. O, komandalardan birinin paltardəyişmə otağına sığınmağa nail olub.

Paraqvayın Quarambara şəhərinin polis idarəsi hücum edənlərin matç hakimini öldürməyə cəhddə ittiham olunduğunu bildirib. Faktla bağlı cinayət işi açılıb.

Aut.az