Dünya cempionatıDünya futbolu

İbra 18 yaşlı futbolçuya dəstək oldu: Bunu hamı etməzdi

İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Misirlə oyunda penaltidən yararlana bilməyən (1:1, penaltilərdə 2:4) Avstraliya millisinin müdafiəçisi Lukas Herrinqtonu dəstəkləyib.

Aut.az xəbər verir ki, “Kolorado Rapids” komandasının 18 yaşlı oyunçusu, komandanın kapitanı Harri Souttardan sonra penaltinin dəqiqi yerinə yetirə bilməyən dəqiq yerinə yetirə bilməyən ikinci avstraliyalı oyunçusu oldu.

“Penalti zərbələri lotereyadır. Qol vursan, qəhrəman olarsan. Qol vurmasan, təəssüf ki, heç kimə çevrilərsən.

Amma indi sadəcə ona müraciət etmək istəyirəm. Sənin 18 yaşın var, çox gəncsən. Bu, karyeranın yalnız başlanğıcıdır.

Sən böyük cəsarət göstərdin. Bunu hamı etməzdi. Dostum, sən ən yaxşısan. Başqalarına qulaq asma”, – İbrahimoviç deyib.

Aut.az