Bu suala diplomatik cavab verdi
Ötən mövsüm icarə əsasında “Barselona”da oynayan “Mançester Yunayted”in hücumçusu Markus Reşford gələcəyi ilə bağlı danışıb.
Aut.az xəbər verir ki, “Sky Sports” Reşfordun sözlərini sitat gətirib:
“Mən indiki anla yaşayıram. Dünya Çempionatından əvvəl hər kəsə bunun (gələcəyi ilə bağlı qərar) mundiala qədər baş verməsini istədiyimi demişdim. Amma lınmadısa, deməli, bununla DŞ-dən sonra məşğul olacağam.
İndi tam olaraq dünya çempionatına köklənmək istəyirəm. Biz xüsusi bir şey uğrunda mübarizə aparırıq və bundan başqa digər işlərə sərf etməyə enerjim yoxdur”.
İngiltərə yığması 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsində Meksika ilə qarşılaşacaq.
Aut.az
