Dünya cempionatı

Lamin Yamal İspaniya – Avstriya matçının ən yaxşısı seçildi

Futbol üzrə dünya çempionatında İspaniya və Avstriya yığmaları arasında keçirilən 1/16 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Aut.az xəbər verir ki, ispanların heyətində Lamin Yamal oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, vinger sözügedən matçda (3:0) bir neçə dəfə qol vurmağa yaxın olub və görüşü yüksək səviyyədə keçirib.