Dünya cempionatı

DÇ-2026: İspaniya 1/8 finalda

Futbol üzrə dünya çempionatı davam edir.

Aut.az xəbər verir ki, mundialın növbəti oyununda İspaniya və Avstriya yığmaları qarşılaşıb.

Los-Anceles stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ispanlar 3:0 hesablı qələbə qazanıblar. Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar.

İspaniyanın 1/8 finaldakı rəqibi Portuqaliya – Xorvatiya cütünün qalibi olacaq.