İngiltərə

İnsanların İngiltərənin oyununu necə izlədiyini başa düşmürəm – Uoker

“Börnli”nin müdafiəçisi Kayl Uoker İngiltərənin 2026-cı il Dünya Kubokunun 1/16 final mərhələsində Konqo Demokratik Respublikası üzərində 2-1 hesablı qələbəsinə münasibət bildirib.

İngiltərə matçın yeddinci dəqiqəsində qol buraxsa da, Harri Keynin 75-ci və 86-cı dəqiqələrdə vurduğu qollar sayəsində turnirin növbəti mərhələsinə yüksəlib.

Aut.az xəbər verir ki, “The Sun” qəzeti Uolkerin sözlərini sitat gətirib:

“İnsanların İngiltərə yığmasının matçlarını necə izlədiyini belə başa düşmürəm. Bir azarkeş olaraq, uzun müddətdir ki, belə bir pley-off matçı görməmişəm.

Mən adətən meydanda oluram və inanın mənə, bu, daha asandır. Emosiyalarınız barədə düşünməyə vaxtınız yoxdur, çünki sadəcə meydanın içindəsiniz. Amma uşaqlarınızla oturursunuz, onlar da İngiltərənin qalib gəlməsini istəyəndə heç nəyə nəzarət edə bilmirsiniz, gücsüzsünüz. Emosiyalarınız başqalarından asılıdır.

1966-cı il finalından bəri ilk dəfə olaraq ilk qolu buraxdıq, amma qalib gəldik ki, bu da sadəcə inanılmazdır. Bu, bizim ən yaxşı performansımız olmaya bilər, amma əsas məsələ növbəti mərhələyə keçməyimizdir. Oyunçular, şübhəsiz ki, qalib gəldiklərinə görə rahatlıq hiss edəcəklər”.

Aut.az