Yamal “Real”a keçən futbolçu haqda: Onu diri-diri yeyəcəyəm
İspaniya millisinin və “Barselona”nın cinah hücumçusu Lamin Yamal millidəki komanda yoldaşı Mark Kukurella ilə zarafat edib.
Aut.az xəbər verir ki, müdafiəçi bu yay “Çelsi”dən “Real Madrid”ə transfer olunub. Dünya Çempionatının 1/16 final mərhələsində Avstriyaya qarşı keçiriləcək oyundan əvvəl Yamal qarşıdakı El-Klasikolarda Kukurellaya nələr yaşadacağını əvvəlcədən dediyini bildirib.
“Kukurellaya dedim ki, ilk “El-Klasiko”da start heyətində meydana çıxacaq, ikincidə isə artıq ehtiyat oyunçular skamyasında oturacaq. Çünki onu meydanda diri-diri yeyəcəyəm”, – deyə Yamal zarafatla bildirib.
Məlumata görə, Mark Kukurella hələlik bu zarafata cavab verməyib. Lakin Yamalın sözləri qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə olunmağa başlayıb.
Aut.az
