İspaniya

Komanda yoldaşından Yamala irad: Şalvarını yuxarı çək

Braziliya millisinin və “Barselona”nın hücumameylli yarımmüdafiəçisi Rafinya komanda yoldaşı Lamine Yamal haqqında danışıb.

Aut.az xəbər verir ki, braziliyalı “TNT Sports”a verdiyi müsahibədə gülümsəyərək deyib:

“Lamin şalvarını bir az yuxarı çəkməlidir. Küçələrdə şalvarı yoxrmuş kimi gəzir. Buna diqqət yetirməlidir”.

İspaniya çempionatının cari mövsümündə 18 yaşlı Yamal 28 oyunda iştirak edib, 16 qol vurub və 11 məhsuldar ötürmə edib. Laminin transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir. Onun müqaviləsi 2031-ci ilin iyun ayının sonunda başa çatır.

Aut.az