Dünya cempionatı

Tuxel geridönüşün sirrini açdı: Bütün təşəkkür ona düşür

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/16 final mərhələsində Konqo Demokratik Respublikası üzərində qazanılan 2:1 hesablı əzmkar qələbədən sonra oyunun gedişatını dəyişən taktiki qərardan danışıb.

Aut.az xəbər verir ki, almaniyalı mütəxəssis həlledici ideyanın köməkçisi Entoni Berriyə məxsus olduğunu bildirib. Onun təklifi ilə Deklan Rays cinah müdafiəçisi mövqeyinə keçirilib.

“Deklanı həmin mövqedə oynatmaq Entoni Berrinin parlaq ideyası idi. Cinahda göstərdiyi keyfiyyət sayəsində o, rəqib üçün qarşısı alınması daha çətin olan ötürmələr edə bildi. Bu da bizə cinahlardan daha çox təhlükəli ötürmə və zərbə imkanı yaratdı.

Bundan əlavə, Bukayo Saka daha çox dəstək aldı. Ebs (Ebereçi Eze) ilə sağ cinahda daha yaxşı anlaşma yarandı ki, bu da hücumlarımızın daha təhlükəli olmasına kömək etdi. Buna görə bütün təşəkkür köməkçimə düşür”, – deyə Tuxel bildirib.

Aut.az