FİFA DÇ-2026-nın iştirakçısına qadağa qoydu: Belə olmaz
Misir millisindən 2026-cı il dünya çempionatı öncəsi formasının dizaynını dəyişməsi tələb olunub.
Aut.az xəbər verir ki, Afrikalı insayder Mayki Juniorun məlumatına görə, FİFA Afrika təmsilçisinin emblemi üzərindəki ulduzları götürməyi və formadakı bəzi elementlərin rənglərini dəyişməyi istəyib.
Milli futbol assosiasiyasının loqosunun üzərindəki yeddi ulduz Misir millisinin Afrika Millətlər Kubokunda qazandığı yeddi çempionluğu simvolizə edir. FİFA-nı formadakı oyunçu adları və nömrələrin qızılı rəngdə olması da qane etməyib.
Qurumun qaydalarına əsasən, dünya çempionatı zamanı emblem üzərində ulduzlardan yalnız mundialın qalibi olmuş millilər istifadə edə bilər. Qitə çempionatlarında qazanılan titullar buna əsas vermir.
Misir millisi 2026-cı il dünya çempionatının G qrupunda Belçika, İran və Yeni Zelandiya yığmaları ilə mübarizə aparacaq.
Aut.az
