Dünya cempionatı

DÇ-2026: Paraqvay Almaniyaya qalib gəldi

Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.

Aut.az xəbər verir ki, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf çıxmayıb – 1:1.

Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) qol vuran futbolçular olublar.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan Cənubi Amerika təmsilçisi (4:3) 1/8 finala yüksəlib.

Komandanın bu raunddakı rəqibi Fransa – İsveç cütünün qalibi olacaq.