Dünya futbolu

Etirazlar başladı: Onun işləməsinin qadağan olunmasını tələb edirlər

Cənubi Koreyanın ” Red Devils” azarkeşlərinin rəsmi assosiasiyası milli komandanın sabiq baş məşqçisi Honq Myonq Bonun ölkədə işləməsinin qadağan edilməsini tələb edir.

Aut.az xəbər verir ki, 29 iyunda qrup “2026: Cənubi Koreya futbolunun yoxa çıxdığı il” başlıqlı bəyanat yayıb:

“Biz bu komandaya bütün qəlbimizi və canımızı verdik və sonda aldandıq… Sona qədər nəinki üzr istəməyən və ya tövbə etməyən, əksinə, Cənubi Koreya milli komandasının azarkeşlərini gülünc bəhanələrlə lağa qoymağa davam edən bir adam artıq Koreya futbolunun bir hissəsi olmamalıdır”.

Cənubi Koreya millisi sensasiyalı şəkildə Dünya Kubokunun pley-off mərhələsinə vəsiqə qazana bilmədi. Komanda qrup mərhələsində Meksika və Cənubi Afrikaya uduzdu, Çexiyaya qalib gəldi.

Məğlubiyyətdən sonra Honq Myonq Bo istefa verdi.

Aut.az