Almaniya dəyişməlidir – Dünya çempionundan çağırış
Almaniya millisinin keçmiş mərkəz müdafiəçisi Mats Hummels yığmanın DÇ-2026-da mübarizəni dayandırmasına münasibət bildirib
Aut.az xəbər verir ki, onun sözlərini “Sky Sport Germany” sitat gətirib.
Onun sözlərinə görə, mundialdakı zəif çıxışdan sonra federasiya müəyyən dəyişikliklər etməlidir:
“Oyunçulara gəldikdə, mən onların bəzilərinin karyeralarını könüllü olaraq başa vuracağını təxmin edə bilərəm. Amma həmçinin inanıram ki, Almaniya millisi üçün dörd, beş və ya altı turnirdə layiqli nəticələr əldə etmək şansı qazanmış, lakin bunu edə bilməyən 30 yaşdan yuxarı oyunçularla bağlı qərarlar qəbul edilməlidir.
Mənim üçün Almaniya millisinin mübarizədən kənarlaşdırılması təsadüf deyil. Almaniyanın Avro-2016-dan bəri böyük turnirlərdə nəticə əldə etməməsi təsadüf deyil. Söhbət milli komanda üçün onillikdən gedir. Hər şey oyunçulardan başlayır, baxmayaraq ki, fərqli məşqçilər olub. Bəzilərinin davam etməyəcəklərini deyəcəyini gözləyirəm. Həmçinin hazırkı və ya yeni məşqçinin qərar verəcəyini gözləyirəm”.
Xatırladaq ki, keçmiş müdafiəçi Bundestimdə 78 oyun keçirib (5 qol vurub). 2014-cü ildə milli komanda ilə Dünya Kubokunu qazanıb.
Aut.az
