Almaniya

Kristof Daum öldü

Almaniya millisinin sabiq baş məşqçisi Kristof Daum 70 yaşında vəfat edib.

2011-ci ildə mütəxəssisə dəri xərçəngi diaqnozu qoyulmuşdu. Bu da onu bir neçə əməliyyat keçirməyə məcbur etdi, 2022-ci ildə isə ona ağciyər xərçəngi diaqnozu qoyuldu .

Daumun karyerasında ən uğurlu klubları “Ştutqart” və “Bayer” olub. Svabiyalılarla Bundesliqanı (1991/1992) və Superkuboku (1992) qazanıb, “əczaçılar”la isə üç dəfə (1996/1997, 1998/1999, 1999/2000) çempionatın gümüş mükafatçısı oldu.

Kristof Daumun son iş yeri Rumıniya millisi olub (2016-2017).

Aut.az