Almaniya

“Bavariya” rəhbərliyi ulduz futbolçunun agenti ilə görüşəcək: Ümid var?

“Bavariya”nın sol cinah müdafiəçisi Alfonso Devis klubu ilə yeni çoxillik müqavilə imzalamağa bir addım yaxınlaşıb.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu həftə Mühnen klubunun rəhbərliyi ilə 24 yaşlı kanadalının agenti arasında görüşün keçirilməsi planlaşdırılır. Bu görüş zamanı klub danışıqların son mərhələsinə keçməyi planlaşdırır.

Devisin “Bavariya” ilə hazırkı müqaviləsi gələn yaya qədərdir. Futbolçunun xidmətində “Real” da maraqlıdır.

Qeyd edək ki, Alfonso bu mövsüm bütün turnirlərdə 21 matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az