Almaniya

Qadınlardan kişilərə mesaj: Belə çempion olarlar

“Bavariya”nın qadınlardan ibarət komandası çempion olub.

Aut.az xəbər verir ki, “Bavariya” “Potsdam”ı məğlub edərək Bundesliqa çempionluğunu təmin edib.

Bir gün əvvəl çempion olan kişi komandasının üzvləri də xanımları stadiondan dəstəkləyiblər.

Matç 11:1 hesabı ilə yekunlaşıb. Qadınlar bu hesabla sanki kişilərə “belə çempion olarlar” mesajını veriblər.

“Potsdam” liqanın son pilləsində qərarlaşıb.

Aut.az