Dünya cempionatı

Futbol tarixində bunu heç kim bacarmayıb – Messidən unikal rekord

Lionel Mess turnirdə ardıcıl yeddi oyunda qol vuran ilk oyunçu olmaqla Dünya Kuboku tarixinə düşüb.

Aut.az xəbər verir ki, Argentinanın kapitan İordaniyaya qarşı oyunda (3:1) fenomenal seriyasını davam etdirib və indiyə qədər heç bir futbolçunun nail ola bilmədiyi unikal rekorda imza atıb.

Messi ardıcıl yeddi oyundur ki, dünyanın ən yaxşı turnirində qollar vurur.

Leo, həmçinin Dünya Kubokunda 19 qol vurmaqla öz rekordunu yeniləyib. Onu ən yaxın rəqibləri Miroslav Kloze və Kilian Mbappedir (hər ikisinin 16 qolu var).

Aut.az