Dünya futboluDünya cempionatı

Modriç Xorvatiya millisi ilə bağlı qərarını verdi: DÇ-2026-da oynayacaq?

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiya millisindəki karyerasını davam etdriəcək.

Aut.az xəbər verir ki, o, yığmanın Millətlər Liqasında Portuqaliya və Polşaya qarşı keçirəcəyi oyunlara çağırılıb. Bu barədə AS məlumat yayı.b

Avro-2024-dən sonra şübhələrə baxmayaraq, 38 yaşlı xorvat millidə qalmağa qərar verib. Mənbənin sözlərinə görə, Luka 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında oynamaq arzusundadır. Modriç özünü yarımmüdafiədə keyfiyyətli əvəzedicilər tapmaqda çətinlik çəkən Xorvatiya millisi üçün vacib fiqur hesab edir.

Qeyd edək ki, Zlatko Daliçin yetirmələri sentyabrın 5-də Portuqaliya, sentyabrın 8-də Polşa ilə qarşılaşacaq.

Aut.az