Pley-off mərhələsinin 28 iştirakçısı: Hansı qitədən daha çoxdur?
DÇ-2026-da qrup mərhələsinin 3-cü turunun oyunları davam edir.
Aut.az xəbər verir ki, artıq 1/16 final mərhələsində iştirak edəcək 28 komanda müəyyənləşib.
İndiyə qədər 11 Avropa komandası vəsiqə qazanıb: İsveçrə, Bosniya və Herseqovina, Almaniya, Niderland, İsveç, Belçika, İspaniya, Fransa, Norveç, Portuqaliya və İngiltərə.
Cənubi Amerikadan altı komanda: Braziliya, Paraqvay, Ekvador, Argentina və Kolumbiya. Şimali və Mərkəzi Amerikadan üç komanda: ABŞ, Meksika və Kanada. Yeddi Afrika komandası: Cənubi Afrika, Mərakeş, Kot-d’İvuar, Misir, Kabo-Verde, Seneqal və Qana. Asiyadan isə iki komanda: Yaponiya və Avstraliya.
Bu, tarixdə 48 komandanın iştirak etdiyi ilk Dünya Kubokudur. Hər qrupdan ilk iki yeri tutan komanda və üçüncü yeri tutan səkkiz ən yaxşı komanda 1/32 final mərhələsinə vəsiqə qazanır. Turnir 19 iyula qədər davam edəcək.
Aut.az
