Ançelottidən qolsuz debüt, Argentina zirvəni təmin etdi
DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasında 15-ci turun görüşləri keçirilib.
Aut.az xəbər verir ki, Brazliya milli komandası yeni baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında ilk matçına çıxıb. Ekvadorun qonağı olan “sambaçılar” qolsuz heç-heçəylə kifayətləniblər.
DÇ-2026-ya vəsiqəni təmin edən Argentina Çili səfərindən qələbə ilə qayıdıb. Yulian Alvaresin 16-cı dəqiqədə vurduğu yeganə qol 3 xal üçün yetərli olub. Bu qalibiyyət sayəsində xallarının sayını 34-ə çatdıran Lionel Skaloninin yetirmələri liqa formatında keçirilən seçmə mərhələdə sona 3 tur qalmış birinciliyi təmin ediblər.
Gecənin digər matçında Paraqvay Uruqvaya 3 qolla qalib gəlib.
Qeyd edək ki, Cənubi Amerika zonasında 24 xalı olan Ekvador və Paraqvay 2-3-cü sıraları bölüşürlər. Braziliya isə 22 xalla 4-cüdür.
Aut.az
