Ferstappen ona orta barmağını göstərdi
“Red Bull” pilotu Maks Ferstappen Avstriya Qran Prisinin ikinci məşq sessiyası zamanı “Mercedes” pilotu Corc Rasselin hərəkətlərinə emosional reaksiya verib.
Aut.az xəbər verir ki, o, britaniyalıya orta barmağını göstərib. Hadisə, “Red Bull Ring”in şort trekində tıxac yarandıqdan, sessiya bərpa edildikdən sonra baş verib.
Ferstappen Rasselin yanından keçməyə çalışıb, lakin britaniyalı irəliləməyə davam edib və bu da niderlandlının ədəbsiz jest etməsinə səbəb olub.
Cümə günü keçirilən məşq Ferstappen üçün çətin keçib. Birinci sessiyada proqram təminatı ilə bağlı problemlər üzündən vaxt itirib, ikinci sessiyada isə xüsusən də 3-cü döngədə oturacağın vəziyyəti və mühərrikin işləməsi ilə bağlı komandaya şikayət edib.
Ferstappen ikinci məşq sessiyasında lider Kimi Antonellidən yarım saniyə geri qalaraq dördüncü ən sürətli nəticəni göstərib.
Aut.az
