Dünya cempionatı

DÇ-2026: Fildişi Sahili Kurasaoya qalib gəldi

Futbol üzrə dünya çempionatında Kurasao Fildişi Sahili ilə üz-üzə gəlib.

Aut.az xəbər verir ki, Filadelfiya stadionunda keçirilən E qrupunun III turunun matçında afrikalılar qələbə qazanıblar – 2:0.

7 və 64-cü dəqiqələrdə Nikolya Pepe diqqət mərkəzinə düşüb.

Bu nəticənin ardından Fildişi Sahili qrupu ikinci tamamlayıb. Son sırada yer alan Kurasao isə mundialla vidalaşıb.