Baş nazir Ronaldo ilə FOTOSUNU paylaşdı və yazdı…
Portuqaliyanın Baş naziri Özbəkistan üzərində 5-0 hesablı qələbədən sonra: Böyük qələbə, biz birlikdəyik.
Portuqaliyanın Baş naziri Luis Monteneqro milli komandanın 2026-cı il dünya çempionatının ikinci turunda Özbəkistan üzərində qazandığı qələbəyə (5:0) münasibət bildirib.
Aut.az xəbər verir ki, siyasətçi matçda iki qol vuran komandanın kapitanı Kriştiano Ronaldo ilə şəklini paylaşaraq yazıb:
“Təbrik edirəm, Portuqaliya! Bütün portuqaliyalıları qürurla dolduran böyük bir qələbə. Biz birlikdəyik!”

Aut.az
