DÇ-2026-da yalnız bu komanda qol vurmayıb
ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il Dünya Çempionatı qrup mərhələsi başa çatmadan artıq tarixin ən məhsuldar mundialına çevrilib.
Aut.az xəbər verir ki, burnirdə iştirak edən 48 millidən 47-si ən azı bir dəfə rəqib qapısına yol tapmağı bacarıb. Hələlik qol vura bilməyən yeganə komanda Panama millisidir.
Panama millisi qrupdan çıxmaq şansını vaxtından əvvəl itirsə də, onu hələ bir oyun gözləyir. Panama iyunun 28-də qrup mərhələsinin son turunda İngiltərə millisi ilə üz-üzə gələcək.
Panamalılar həmin qarşılaşmada fərqlənə bilsələr, 2026-cı il Dünya Çempionatının bütün iştirakçıları ən azı bir qol vurmuş olacaq.
Aut.az
