Əminəm ki, onunla ortaq məxrəc tapacağıq – Kukurella kimi deyir?
“Çelsi”dən “Real Madrid”ə transfer olunan Mark Kukurella Vinisius Juniorla eyni cinahda oynamaq barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, “Marca” qəzeti Kukurellanın sözlərini sitat gətirib:
“Əminəm ki, meydanda ortaq məxrəc tapacağıq. Əgər Vinisius müdafiəyə qayıtmasa, problem deyil, mən həmin sahələri əhatə edəcəyəm və onun etməli olduğu işi öz üzərimə götürəcəyəm. Əsas odur ki, o, təravətli qalsın və nəticə göstərməyə davam etsin. Bunun üçün bütün çirkli işləri görməyə hazıram.”
Vinisius dəfələrlə sübut edib ki, Çempionlar Liqası matçlarında “Real Madrid”in əsas və ən təsirli oyunçularından biridir”.
15 iyunda “Real Madrid” rəsmi olaraq müdafiəçinin “Çelsi”dən 55 milyon avro və 5 milyon avro bonus müqabilində transferini elan etdi. Kukurella 2012-ci ildən 2020-ci ilə qədər “Barselona”da oynayıb.
Müdafiəçinin Madrid klubu ilə müqaviləsi 2032-ci ilə qədərdir.
Aut.az
