Argentinalı futbolçu Venesueladakı zəlzələdən sonra ailəsini tapa bilmir
“Marítimo de La Quayra”da oynayan argentinalı hücumçu Lukas Trehonun ailəsi Venesuelada itkin düşüb.
Aut.az xəbər verir ki, “MundoVenez” portalının məlumatına görə, 38 yaşlı idmançı La-Quayra ştatında baş verən zəlzələnin episentrində olan həyat yoldaşı və uşaqları ilə əlaqəsini itirdiyinə görə könüllülərə və xilasetmə xidmətlərinə müraciət edib.
Nəşrin məlumatına görə, Trehonun ailəsi Playa-Qrande bölgəsində yaşayırdı və evləri yeraltı təkanlardan ciddi şəkildə zərər görüb.
Xatırladaq ki, 25 iyun gecəsi Venesuelanın La Quayra əyalətində 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Son məlumatlara görə, onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb, evlər və infrastruktur dağılıb. Ölkədə fövqəladə vəziyyət elan edilib və əsas hava limanı bağlanıb.
Aut.az
