Dünya futboluHokkey

Əfsanəvi rus xokkeyçinin qızı ingilis futbolçu ilə görüşür – VİDEO

Əfsanəvi rusiyalı xokkeyçi İqor Larionovun qızı Alyona  Larionova ingilis futbolçu ilə görüşür.

Aut.az xəbər verir ki, Alyonanın sevgilisi “Şeffild Yunayted”in yarımmüdafiəçisi Tom Devisdir.

Larionovun qızı “Şeffild Yunayted” və “Blekbern Rovers” arasında keçirilən Çempionşipin 46-cı tur matçından sonra Devislə birgə foto və videolar yayımlayıb. Oyun mayın 3-də Şeffilddə baş tutub və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Larionov əfsanəvi sovet xokkeyçisidir. “Detroyt” ilə üç dəfə Stenli Kubokunu qazanıb. Larionovun həyat yoldaşı keçmiş fiqurlu konkisürən Yelena Batanovadır. Onların Alyona və Diana adlı iki qızı və İqor adlı oğlu var. Alyona hazırda Şeffilddə yaşayır.