Uyğun rəqib deyil – Erməni gürcünü xəbərdar etdi
UFC reytinqinin iki nömrəsi Arman Tsarukyan, 70 kq çəki dərəcəsində keçmiş UFC çempionu, ispan-gürcü İlya Topuriyanın ingilis Peddi Pimblett ilə döyüşə niyə razılaşmamalı olduğunu izah etdi.
Aut.az xəbər verir ki, “BJ Penn” Tsarukyanın sözlərini sitat gətirib:
“Bu məğlubiyyətdən sonra Peddi Topuriya üçün ən yaxşı rəqib deyil. Peddi güclü çənəyə malikdir, onu nokaut etmək çətindir. Onunla beş raundluq döyüş İlya üçün asan olmayacaq.
Topuriya növbəti dəfə Maykl Çandlerlə döyüşsün. O, geri qayıdıb onu nokaut edəcək. Bilirsiniz, onu qorumaq lazımdır”.
Aut.az
