Qaydasız döyüş

Əli UFC-yə xəbər verdi: Nurməhəmmədov gürcü ilə döyüşəcək

UFC-nin 61 kq-a qədər çəki dərəcəsində məğlub olmayan döyüşçüsü Umar Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz bildirib ki, onun yetirməsi növbəti dəfə UFC çempionu, gürcü Merab Dvalişvili ilə titul uğrunda döyüşəcək .

Aut.az xəbər verir ki, Əli bu barədə sosial media səhifəsində yazıb.

“Mən UFC ilə danışdım. Umar titulu uğrunda döyüşəcək. Merabı təbrik edirəm. Amma heç Umardan daha çox titulu şansına layiq deyil”, – Əli yazıb.

Umar Nurməhəmmədovun 28 yaşı var. O, peşəkar kimi debütünü 2016-cı ildə edib və 2021-ci ilin yanvarında UFC-də ilk döyüşünü keçirib. Avqust ayında Abu-Dabidə (BƏƏ) UFC on ABC 7 turnirində keçirilən sonuncu döyüşündə Nurməhəmmədov yekdil qərarla amerikalı Kori Sandhagenə qalib gəlib.

Aut.az