Qələbə sevinci: Azarkeşlərlə birlikdə “avar çəkdilər” – VİDEO
Norveç milli komandası 2026-cı il Dünya Kubokunda Seneqal üzərində qələbəni azarkeşləri ilə birlikdə qeyd edib.
Qrup mərhələsinin ikinci turunda norveçlilər Afrika komandasını məğlub edərək (3:2) pley-offa vəsiqəni vaxtından əvvəl təmin ediblər.
Aut.az xəbər verir ki, oyundan sonra bütün oyunçular və baş məşqçi Stale Solbakken azarkeşlərin qarşısında meydana oturub və onlarla birlikdə “avar çəkməyə” başlayıblar.
Norveçli azarkeşlərin “Vikinq avarçəkmə”si bu ilki Dünya Çempionatının ən yaddaqalan anlarından birinə çevrilib.
Aut.az
