Dünya cempionatı

Polşa dünya çempionu oldu

Polşa yığması Qətərdə azarkeşlər arasında keçirilən dünya çempionatının qalibi olub.

Aut.az xəbər verir ki, onlar cümə günü Qətərdə keçirilən dünya çempionatının əsas fan-zonasının ərazisində təşkil olunan futzal üzrə dünya çempionatının final matçında Serbiyanı 4:0 hesabı ilə məğlub ediblər.

Azarkeşlərin turniri dünya çempionatı ilə eyni formatda keçirilib. 32 komanda əvvəlcə qrup mərhələsində, sonra isə pley-off matçlarında mübarizə aparıb. Turnir dörd gün davam edib.

Matçlar Dünya Kubokunun əsas azarkeş zonası daxilində futzal ölçülü meydançalarda keçirilib. Hər komandanın meydançada beş oyunçusu mübarizə aparıb. Onlar 18 yaşdan yuxarı və təmsil etdikləri ölkənin vətəndaşı olmalı idilər.